Poçt qutularında satmaq üçün narkotik gizlədən şəxs ƏLƏ KEÇDİ

 11:20 02.09.2022     918

Nizami rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olumuş Ülvi Musayev tutulub.

Onun üzərinə baxış zamanı külli miqdarda - 103 qram güclü təsiredici xassəyə malik narkotik maddə olan heroin aşkar olunub.

Ü.Musayev ifadəsində sosial şəbəkədə tanış olduğu narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib.

O, həmin narkotacirin göstərişi ilə onlayn yolla satdığı heroini əsasən binaların girişlərində olan poçt qutularında gizlətdiyini bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən