Şabranda avtomobil qaçıran şəxs TUTULDU

 12:15 03.09.2022     332

Şabran Rayon Polis Şöbəsinə sentyabrın 2-də Ağalıq kəndi ərazisindən rayon sakini sakini T.Nəsirova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, polis  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini E.Bağırov avtomobillə saxlanılılıb. 
Şabran  Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən