Bakıda məşhur cibgir SAXLANILDI
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbəsi ərazisində marşrut avtobusunda qadın sərnişinin içərisində 243 manatı və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Əliyev müəyyən edilərək saxlanılıb.
Bu barədə "Redaktor.az"-a Daxili İşlər Nazirliyindən bildirilib.
Araşdırma aparılır.













