"Mehnur” Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verənlər saxlanıldı - VİDEO

 15:35 03.09.2022     984

Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 

İstintaq hərəkətləri davam etdirilir.

***

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, "Qaynarinfo" sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, "Mehnur" Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir. 

Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub. 


Məşhurlar açılış mərasimində iştirak efdib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanalallarında çıxışlar da edib.

Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir. 

Əldə etdiyimi məlıumata görə, hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.

Bu arada Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən yeni görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik (qaynarinfo).

Vumart və Güvən reklamı Vumart Güvən