Türkiyədə daha bir azərbaycanlı kriminal avtoritet öldürüldü

Türkiyədə azərbaycanlılar arasında atışma baş verib.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bu gecə qeydə alınıb.
Məlumata görə, naməlum şəxslər Azərbaycan vətəndaşına tapançadan atəş açıblar.
Bir neçə güllə yarası alan şəxsin Ceyhun Əkbərov olduğu vurğulanır.
Ceyhun Əkbərovun aldığı güllə yaralarından elə yerindəcə keçindiyi bildirilir.
“Qafqazinfo” baş verən hadisədə öldürülən Ceyhun Beyləqanski kimi tanınan kriminal avtoritetin fotosunu əldə edib.
Qeyd edək ki, Ceyhun Ələkbərovun ölümü ilə bağlı iki nəfərin saxlanıldığı bildirilir.
Bunlardan biri Rusiya vətəndaşı, digəri isə “Zyoma Masallinski” (Zeynal) kimi tanınan kriminal avtoritetdir.
Onların üzərindən iki ədəd odlu silah götürülüb.