Cəlilabadda yol qəzası: xəsarət alanlar var

 13:53 04.09.2022     324

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Əsgərov və digər bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.