57 yaşlı kişi özünü yandırdı

 15:45 04.09.2022     738

Ucar sakini özünü yandırıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Alpout kəndində qeydə alınıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü Nazir Məmmədhəsən oğlu Həsənov intihar etmək məqsədi ilə özünü yandırıb.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, N. Həsənovun vəziyyəti kəskin ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.