Lerikdə dəhşətli qəzada ölənlərin adı bilindi - YENİLƏNİB - FOTO

 21:04 04.09.2022     1781

Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.

Redaktor.az xəbər verir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.

Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:

Həşimova Sərvər Əhməd qızı;

Axundova Saray İslam qızı;

Ağayeva Təcrübə Ağababa qızı;

Cəfərova Güldəstə Məmmədağa qızı;

Rzayeva Səmayə Ağababa qızı;

Rəhimova Nazxanım İsabala qızı;

Tahirova Zərnitac İslam qızı.

Xəstəxanadan verilən məlumata görə, hazırda 8 yaralıdan sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən palataya köçürülüb.

Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.

***

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

Redaktor.az xəbər verir ki, xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə "apa"ya ya Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Ölənlərin bəzilərinin adı açıqlanıb:

Seyyadov Səyyad Hacıbala oğlu - sürücü

Kərimova Nazilə Ağaəli qızı

Fərəcova Şərafət Ənvər

İbrahimova Əsmət Ağababa qızı

Qurbanova Güllər Məmmədağa qızı

***

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.

Təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb.

Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov APA-nın yerli bürosuna xəbəri təsdiqləyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Lənkəran- Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan avtobusdur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.

Yaralılar və ölənlər Lerik, Lənkəran və Masallı xəstəxanalarına aparılır.

Əlavə məlumat veriləcək.

Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8 Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8 Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8 Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8 Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8 Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8 Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8 Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8 Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8

2
Vumart və Güvən reklamı Vumart Güvən