"Rahat" marketin qabağında şam ağacları kəsilib - VİDEO

 18:00 04.09.2022     844

Xəzər rayonunda yerləşən "Rahat" marketin qabağında şam ağaclarının kəsilməsinə dair video yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, sözügedən məsələ ilə bağlı artıq nazirliyin əməkdaşları araşdırmalara başlayıblar.

Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək (apa).