DİN-dən 8 nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Redaktor.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev hadisə ilə bağlı açıqlama verib:
“Hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. İlkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır” (qafqazinfo).