Goranboyda ağır qəza - 1 ölü, 3 yaralı var

 04:24 05.09.2022     864

Goranboy rayonunun Zeyvə kəndində baş verən ağır yol qəzasında ölən və xəsarət alan bir nəfərin şəxsiyyəti məlum olub.

Redaktor.az xəbər verir ki, avtomobilin aşması nəticəsində 1938-ci il təvəllüdlü Nuridə Elyasova vəfat edib, 1950-ci il təvəllüdlü Səyalı Mustafayeva və daha 2 nəfər xəarət alıb.

***

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hdisə Zeyvə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən