Maşın yaşlı qadını vurub öldürdü

 09:47 05.09.2022     163

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 66 yaşlı Hidayət Cavanşirov "Audi" markalı avtomobili ilə Mehdiabad yolunda, təxminən, 70 yaşlı qadını vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.