Lerikdəki dəhşətli qəzayla bağlı cinayət işi AÇILDI

 10:20 05.09.2022     437

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı cinayət işi başlanılıb.

Redaktor.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə sentyabrın 4-də rayonun Günəşli kəndində yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə rayonun Göyşaban kənd sakini - Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri - Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib.

Daha 8 nəfər yaralanıb. Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.

Vumart və Güvən reklamı Vumart Güvən