Şahin Bağırov narkoman gömrükçüləri İŞDƏN QOVDU

 10:58 05.09.2022     240

Dövlət Gömrük Komitəsinin (DGK) sədr əvəzi, general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxarıb.

Redaktor.az unikal-a istinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib. Belə ki, Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb.

Bundan sonra Şahin Bağırov onları işdən azad edib.