Kürdəmir sakini 7-ci arvadını BIÇAQLADI - YENİLƏNİB

 13:21 05.09.2022     444

Kürdəmir rayonunda 2 qadının bıçaqlanması hadisəsi ilə bağlı yeni detallar bəlli olub.

Redaktor.az xəbər verir ki, ilkin araşdırmalar zamanı Hikmət Əhədovun əvvəllər 6 dəfə ailəli olması müəyyən edilib. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra H.Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Kürdəmirin Topalhəsənli kəndində kişi arvadını və onun nənəsini bıçaqladıqdan sonra özünə xəsarət yetirib.

Redaktor.az xəbər verir ki,Lənkəran rayon sakini, Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində arvadı Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.

Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralıların hər üçü “təcili yardım” avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, cütlük 5 ay əvvəl ailə qurub.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən