Uşaqlara işgəncə verənlər ev dustaqlığına buraxıldı

 20:13 05.09.2022     352

"Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verən şəxslər ev dustaqlığına buraxılıb.

Redaktor.az xəbər verir ki, Nizami rayon Məhkəməsində mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Bu gün keçirilən prosesdə vəsatət təmin edilib. Məhkəmənin qərarına əsasən, hər üç şəxs barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Bundan əlavə, onlar vəzifədən kənarlaşdırılıblar.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Nizami rayonunda yerləşən “Mehnur” loqopedik mərkəzində uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılmışdı.