Güclü külək Bakıda fəsadlar yaratdı - FOTO

 22:47 05.09.2022     503

Bu gün səhər saatlarından başlanan güclü külək paytaxtın bir neçə küçəsində fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, Murad Mirzəyev və Abbas Mirzə Şərifzadə küçələrində quru ağaclar qırılaraq yolun hərəkət hissəsini kəsib.

Qırılmış ağaclar gediş-gəlişə maneələr törədib. Əraziyə cəlb olunan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri yolu təmizləyib, ağaclar doğranaraq daşınıb və hərəkət bərpa edilib.

Cəfər Cabbarlı küçəsində daha bir ağac aşıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri aşan ağacı doğrayaraq səkini təmizləyirlər (apa.az).