Güclü külək bu rayonu işıqsız qoydu - FOTO - YENİLƏNİB

Lənkəranda külək səbəbindən dayanan elektrik enerjisinin bərpa işləri aparılır.
“Azərişıq” ASC-dən Redaktor.az-a verilən məlumata görə, qurumun əməkdaşları hazırda hadisə yerindədirlər.
Bildirilib ki, qəza yerində olan əməkdaşlar təmir işləri aparırlar və qısa zamanda elektrik enerjisinin verilməsi bərpa ediləcək.
***
Lənkəranda güclü külək fəsadlar törədib.
Redaktor.az xəbər verir ki, şəhərin Koroğlu küçəsində irigövdəli ağac Nuranə Əliyevaya məxsus evin üstünə aşıb.
Ərazidəki elektirik xətləri qırılıb.
Hazırda şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanıb.
Güclü külək hələ də davam edir (apa).
Bizimlə əlaqə saxlayın