Minik maşını ilə yük maşını toqquşdu - Ölən var

Göygöldə ölümlə nəticələnən qəza baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Qəza zamanı hərəkətdə olan "QAZ 53" markalı yük maşını ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır (qafqazinfo).