Gənc qadının meyiti tapıldı

Qusar rayonunda evdə meyit tapılıb.
Redaktor.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Ellada Əlifxanovanın meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölümün səbəbini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir (apa).