Bakıda metroda nasazlıq yarandı

 19:12 06.09.2022     565

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda yaranan texniki nasazlıq səbəbilə sərnişinlər "Nizami" stansiyasında düşürülüb.

Bu barədə Redaktor.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, qatar texniki baxış üçün depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.

Yubanma intervaldan əlavə 2 dəqiqə olub.