Azərbaycanda 13 yaşlı qız ana oldu - YENİLƏNİB - VİDEO

 15:15 07.09.2022     4322

13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.

Redaktor.az xəbər verir ki, qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.

Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.

Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.

***

Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində uşaq dünyaya gətirən 13 yaşlı məktəbli qızın məktəbdən yayınmasından danışıb.

Redaktor.az xəbər verir ki, nazir məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma getdiyi üçün fikir bildirə bilməyəcəyini deyib:

“Bu Elm və Təhsil Nazirliyinin səlahiyyətinə olan iş deyil. Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olarsa, ölçü götürəcəyik”.

***

Azərbaycanda 13 yaşlı qız ana olub.

Redaktor.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:

“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.

K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.

 

2
Vumart və Güvən reklamı Vumart Güvən