Cəlilabadda ferma içindəki mal-qara ilə YANDI - FOTO

 09:53 07.09.2022     326

Cəlilabad rayonunda fermada yanğın olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində, Anar Qasımova məxsus təsərrüfatda qeydə alınıb.

Yanğın nəticəsində 29 baş iribuynuzlu mal-qara tələf olub və 6 ton ot yanıb.

Hadisəyerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb edilib.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır (report.az).

22
Vumart və Güvən reklamı Vumart Güvən