Ukraynada itkin düşən azərbaycanlı ailənin meyitləri TAPILDI - VİDEO

 13:38 07.09.2022     330

Ukraynada müharibə davam edir.

Redaktor.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. 

O bildirib ki, ötən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən Donetsk vilayətinə 25 aviazərbə endirilib.

“Donetskdə itkin düşən azərbaycanlılardan dördünün yanmış cəsədi Avdeyevka şəhəri istiqamətində tapılıb. Həlak olanlar Rasim Məmmədov, həyat yoldaşı Ruslana Məmmədova və onların iki yeniyetmə övladlarıdır”, - deyə qeyd edilib.

Həmçinin bildirilib ki, Xarkov vilayətində daha bir azərbaycanlı − könüllülük fəaliyyəti ilə məşğul olan Aqil Qəmbərov itkin düşüb.

Ətraflı süjeti təqdim edirik: