Ombudsman 13 yaşlı uşağın ana olmasını NƏZARƏTƏ GÖTÜRDÜ

 14:35 07.09.2022     128

Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər.

Bu barədə Redaktor.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: "Eyni zamanda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlanıb".