Qadın həmkarları ilə intim görüntüləri yayılan FHN-nin polkovnikindən XƏBƏR VAR

 20:36 07.09.2022     1761

Hazırda həbsdə olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin sabiq  köməkçisi Zaur Mirzəyevimn nazirlikdəki iş otağında intim münasibətdə olduğunu əks etdirən videoların yayılmasının səbəbləri məlum olub.

Redaktor.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu, Zaur Mirzəyevin həbsindən sonra aparılan araşdırmada üzə çıxıb.

Belə ki, Zaur Mirzəyev bir neçə ay əvvəl iş otağındakı iş kompüterini paytaxtdakı təmir məntəqələrindən birinə verib. Kompüterə yenidən proqramlaşdıran usta orada həmin görüntülərlə rastlaşıb.

Zaur Mirzəyevin intim videolarını köçürən komputer ustası sonradan onu şantaj edib.

Məlumata görə, həmin adam bu videoların gələcəkdə yayılmaması üçün Zaur Mirzeyevdən 100 min manat tələb edib.

O, bu vəsaiti vermədikdən sonra həmin görüntülər yayılmağa başlayıb.

Məlumatda həmin şəxsin də həbs edildiyi deyilir.

Zaur Mirzəyevin özü və vəkili ona qarşı Cinayət Məcəlləsinin 242 -ci maddəsi ilə (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) irəli sürülən ittihamı qəbul etməyib.