Bakı sakini səkkizinci mərtəbədən yıxıldı

 22:12 07.09.2022     900

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın səkkizinci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb.

O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb.

Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.