Goranboyda evakuator qəza törətdi - Daşıdığı avtomobil yararsız hala düşdü

 01:37 08.09.2022     1230

Goranboy rayonunda nasaz avtomobili daşıyan evakuator qəza törədib, daşıdığı avtomobil yük yerindən kənara aşaraq yararsız hala düşüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Üzərində "Mercedes" markalı avtomobil daşıyan evakuator "VAZ -21099" markalı avtomobillə toqquşub.

Nəticədə evakuatorun yük yerində olan avtomobil yolun kənara aşaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır (report.az).