"Buta Airways"ın təyyarəsi Antalyaya məcburi eniş etdi

 11:28 08.09.2022     160

"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi - "Buta Airways" şirkətinin J2-9111 nömrəli Bakı-Alanya reysini yerinə yetirən hava gəmisinin kapitanı Antalya ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

Redaktor.az bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb yanan meşələrdən gələn güclü tüstü ilə əlaqədar görmə şəraitinin zəifləməsidir.