“OMD”də yeddi aylıq körpə öldü

 12:46 08.09.2022     391

K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya Xəstəxanasında (“OMD” kimi tanınır) ölüm hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 6-da xəstəxanaya gətirilən yeddi aylıq Ayla Qasımzadə vəfat edib. Körpədə bağırsaq keçməzliyinin olduğu və xəstəxanaya bu diaqnozla daxil olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən