Məşhur aparıcının maşını qarət olundu - FOTO

 13:57 08.09.2022     173

Tanınmış aparıcı Ülvira Qarayevanın avtomobili qarət olunub.

Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb. Aparıcı bildirib ki, hadisə Abşeron rayonunda baş verib:

"Bu səhər məhəllədə 3 maşının şüşəsini sındırıb qarət ediblər. Mənim avtomobilimdən də bir qab qəpik, bir böyük çanta kosmetika və qulaqcıq aparıblar. Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə məlumat vermişik".

2