Suraxanıda 11, Sabunçuda 16 yaşlı yeniyetmə itkin düşüb

 09:14 09.09.2022     150

Bakıda 11 və 16 yaşlı oğlan itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə sentyabrın 7-də paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Şeydabəyov Hüseynağa İlqar oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 11 yaşlı Hacızadə Ülvi Səxavət oğunun sentyabrın 5-də evdən gedərək bir daha qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.