Xırdalanda çoxmərtəbəli bina yandı - FOTO - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binası yanır.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.


