Binəqədidə ağacları zədələyən CƏZALANDIRILDI

 09:59 10.09.2022     245

Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 47 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktının olmadığı, lakin tut ağacının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi müəyyən edilib: "Araşdırma zamanı ağacın vətəndaş Fuad Qurbanov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və F.Qurbanov barəsində qanunamüvafiq tədbir görülüb”.