Qadının bank hesabından 1200 manat oğurlandı

 10:26 10.09.2022     625

Qadının bank hesabından 1200 manat oğurlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini olan bir qadın sentyabrın 6-da bank hesabından 1200 manatının çıxarılaraq oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Müşfiq Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.