Əvəz Zeynallı saxlanıldı - YENİLƏNİB

 16:53 10.09.2022     768

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir.

Redaktor.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti  faktı təsdiq edib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

***

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə ictimai fəal İlkin Rüstəmzadə məlumat yayıb.

O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.

Eyni zamanda,vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisinə axtarışa gəlməklə bağlı ona zəng gəldiyini yazıb (bakupost.az).

Baş Prokurorluğun Mətbuat xidməti idarəsinin rəisi Günay Səlimzadə faktı təsdiq edib.

"Faktla bağlı cinayət işi başlanılıb.hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcəkdir."