Goranboyda piyadanı maşın vurub öldürdü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə Goranboy şəhər ərazisində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən, 1999-cu il təvəllüdlü Ələddin Hadiyevi avtomobil vurub.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb (report).