Tanınmış vəkil Baş Prokurorluğa belə aparıldı - VİDEO

Baş Prokurorluq əməkdaşları tərəfindən vəkil Elçin Sadıqovun ofisində aparılan axtarış başa çatıb.
Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, axtarış başa çatandan sonra Elçin Sadıqov jurnalistlərə qısa açıqlama verib.
O bildirib ki, ofisindən bütün sənədlər götürülüb.
Elçin Sadıqov saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb.