Oğuzda yük avtomobili velosipedçini vurdu

 20:25 10.09.2022     318

Oğuz rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı yük avtomobili qarşısına çıxan velosipedçini vurub. Qəza nəticəsində velosipedi idarə edən oğlan aldığı ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.