Çayda batan ana-balanın meyiti tapıldı

 12:20 11.09.2022     591

Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.