Bakıda yaşayış binasında yanğın baş verdi

 17:00 11.09.2022     269

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərin Nəsimi rayonunda çoxmərtəbəli mansarda tipli yaşayış binasında ümumi sahəsi 140 m² olan mənzilin 1 otağının tavanı 1 kvadratmetr sahədə, sahəsi 80 kvadratmetr mansardanın yanar konstruksiyaları 10 kvadratmetr sahədə və binanın dam örtüyü 10 kvadratmetr sahədə yanıb.

Mənzilin, mansardanın və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.