Goranboyda piyadanı öldürüb qaçan sürücü SAXLANILDI

 10:53 12.09.2022     808

Sentyabrın 10-da saat 20 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş O.Yusifov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən həmyerlisi Ələddin Hadıyevi vurub hadisə yerini tərk edib.

Redaktor.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nəticədə piyada hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Yusifov avtomobillə birgə saxlanılıb.
Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.