Bakı Tikiş Evinin qarşısında izdiham - Əraziyə polis çağırıldı - VİDEO

 11:18 12.09.2022     290

Hazırda Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaşanır. 

Redaktor.az xəbər verir ki, vətəndaşlar üç gündür BTE-nin qapılarının onların üzünə qapanmasından və heç yerdə məktəbli forması tapa bilməməsindən gileylənirlər. 

Onların sözlərinə görə, məktəblər isə ancaq BTE-nin emblemi olan formaların geyinilməsinə icazə verirlər. Üstəlik digər ticarət mərkəzlərində satılan formaların üçqat baha olduğunu bildirirlər. 

Hazırda yaşanan izdihamın qarşısını almaq üçün əraziyə polis əməkdaşları cəlb olunub. BTE bir neçə dəqiqə əvvəl vətəndaşların hissə-hissə mərkəzə daxil olmasına imkan yaradıb.

Qeyd edək ki, bu il BTE ancaq ibtidai siniflər üçün məktəbli forması istehsal edib (oxu.az).