Türkiyədəki atışmada yaralanan azərbaycanlıların ADLARI

 13:44 12.09.2022     505

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Bu barədə Redaktor.az-a Azərbaycanın İstanbuldakı Baş konsulluğundan xəbər verilib.

Bildirilib ki, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıb:

“Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.