Bakı metrosunda gərgin anlar - Sərnişin stansiya yoluna düşdü

"Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək tunelə doğru hərəkət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.
"Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb. Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır", - deyə o, bildirib.