Qarğıdalı yeyən gənc öldü - Yaxın günlərdə toyu olacaqdı...

 20:49 12.09.2022     550

Şəkidə qarğıdalı yeyən gənc vəfat edib.

Redaktor.az xəbər verir ki, Şəki rayonunun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V.Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V.Mustafayevə həkimlər intensiv olaraq tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 28 yaşlı Mustafayev Vüqar Möhlüd oğlu nişanlı idi, bu yaxınlarda toy edəcəkdi.

Vumart və Güvən reklamı Vumart Güvən