Bakıda məşhur klinikada intihar - Xəstə özünü 5-ci mərtəbədən atdı

 17:43 13.09.2022     1642

Paytaxtın Xəzər rayonunda intihar hadisəsi baş verib. Xəzər Tibb Mərkəzində müalicə alan 27 yaşlı Könül İslam qızı Gülverdiyeva özünü tibb mərkəzinin 5-ci mərtəbəsindən atıb.

Redaktor.az xəbər verir ki, oxu.az hadisə ilə bağlı bir sıra məlumatları öyrənib.

Xəzər Tibb Mərkəzindən mərhumun psixoloji xəstəlikdən əziyyət çəkmədiyi bildirilib:

“K.Gülverdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Sentyabr ayının 9-da xəstəxanaya yerləşdirilib. Tam olaraq hansı diaqnozdan xəstəxanaya yerləşdirildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Kiminlə telefonla danışması, yazışması araşdırılır”.

Qeyd edək ki, özünü beşinci mərtəbədən atan Könül İslam qızı Gülverdiyeva aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.