Bakıda dəhşətli intihar - İki qız birlikdə özlərini binadan atdılar

Bakıda dəhşətli intihar baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
18 yaşlı Əsədova Aytac Sahib qızı və 17 yaşlı Qomansova Anastasiya İqoryevna binanın 10-cu mərtəbəsindən birlikdə özlərini ataraq həyatlarına son qoyublar.
Onların hansı səbəbdən intihar etmələri hələlik bilinmir.
Faktlarla bağlı araşdırma aparılır.