Xaçmazda naməlum avtomobil piyadaları vurub

 23:39 14.09.2022     760

Xaçmazda avtomobil piyadaları vuraraq xəsarət yetirib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı prospektində baş verib.

Belə ki, rayonun Şollar kənd sakinləri - 1988-ci il təvəllüdlü Əmirxanova Ülviyyə Ələkbər qızı və 2016-ci il təvəllüdlü Əmirxanova Zəhra Elşad qızı yolu keçərkən avtomobil onları vurub.

Yaralılar sakinlərin köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Piyadaları vuran sürücünün kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.