Özünü yandıran qazi vəfat etdi - FOTO

 12:07 15.09.2022     560

Özünü yandıran qazi Elnur Rüstəmov vəfat edib.

Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Vətəndaş Elnur Rüstəmov 12 sentyabr 2022-ci ildə bədənin 70-80 faiz ağır yanıq dərəcəsi ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yerləşdirilib və ona zəruri tibbi yardımlar göstərilib.

Həkimlərin səylərinə baxmayaraq, 15 sentyabr 2022-ci il, saat 02:10 radələrində dünyasını dəyişib", - məlumatda qeyd olunub.